Prezidentin tapşırığına rəğmən yerli İKT ekspertlər “Ağıllı Şəhər və Kənd” konseptlərinə cəlb olunmayıb
Prezidentin tapşırığına rəğmən yerli İKT ekspertlər “Ağıllı Şəhər və Kənd” konseptlərinə cəlb olunmayıb
21.09.2021 Elvin ABBASOV Tərəfindən

“Ağıllı Şəhər və Kənd” konseptlərinin qurulması üçün qurumların fəaliyyətləri haqqında “Hesabat” formalaşdırmağa çalışdım, Açıq internet resurslarından əldə etdiyim məlumatlarla hesabatı təqdim edirəm.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzə çevrilməkdədir. Dövlətimizin başçısının 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Aprelin 19-da isə Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərimizdəki yaşayış məntəqələrinin də Dördüncü Sənaye İnqilabının əsas trendlərindən olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacağını Prezident İlham Əliyev çıxışlarında bəyan etmişdir: “Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır”.

Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.11.-ci bəndində öz əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. İşçi qrupun rəhbəri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.
İşçi qrupa Konsepsiyanın layihəsi hazırlanarkən aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etmək, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub, Ağalı kəndində icra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edəcəkləri barədə məlumatlar mətbuatda dərc edilib.

“Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir, Birinci “Ağıllı kənd” pilot layihəsi əsasən, 5 komponent üzrə icra edilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub, “ağıllı kənd” layihəsi 2022-ci ilin yanvarında tamamlanması nəzərdə tutulub.

Həyatımızın bütün sahələrində yer alan İKT

Hədəflənən nəticələr : “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edə bilməli. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verməyi hədəflənir.
Ağıllı Şəhər və Kəndlərin müasir standartlara cavab verilməsi və keyfiyyətin yüksəldilməsi məqsədi ilə daha bir addım atılmış. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 31 mart 2021-ci il tarixli 212323400031 saylı əmri ilə “İnformasiya-kommunikasiya texnolgiyaları” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 05) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd “İnformasiya-kommunikasiya texnolgiyaları” sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılmasından, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir. “İnformasiya-kommunikasiya texnolgiyaları ” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) sədrliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirəcəkdir.
Bu istiqamətlərdə atılan ən böyük addımlardan biridə 17 aprel 2021-ci il tarixindəPrezident İlham Əliyevin "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" imzladığı fərmandır.

Hesab edirəm ki kritik informasiya infrastrukturları ağıllı şəhərlər və kəndləri də əhatə edir, çünki orada vətəndaşların ümumi təhlükəsizliyini təmin etmək lazımdır:

"Əgər avadanlıqlar ağıllı idarəetmə ilə idarə olunacaqsa, bu, o deməkdir ki, bizim idarəmizdən əlavə, kənar idarəetmə potensialı da mövcuddur.

Biz keçmiş təcrübələrimizidə unutmamalıyıq, daha öncə “Ağıllı şəhər” layihəsinin bir modeli Azərbaycanda tətbiq edilmiş – Bakı şəhərində “Nəqliyyatın intellektual idarə olunması” layihəsi yaradılmışdır :

“2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur.”

Bu layihə 10 ildən artıqdır ki inkişaf etdirilir və təəssüf ki hələ də ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar bu sistemdən məmnun deyillər.

“Ağıllı şəhər və kənd” xüsusənd ağıllı kənd konsepsiyalarının daha dəqiq və effektiv olması üçün GIS texnologiyalarından istifadə etmək şərtdir. Bu həm də Prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nda nəzərdə tutulan vəzifələrin icrası baxımından əhəmiyyətlidir.

Dövlət qurumlarlarındaki salahiyyətli şəxslər və mütəxəssislərin ağıllı şəhər və kənd komplekslərinə münasibəti :
İnnovasiya Mərkəzinin direktoru  Əkbər Abbasov : "smart" ifadəsinə həm də bir abreviatura kimi baxırıq. Açılışı isə belədir: S-səmərəli; M-müasir; A-ağıllı idarəetmə və kənd təsərrüfatı; R-rahat; T-təhlükəsizlik.

Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev ; Bizdə baza infrastruktur – elektrik enerjisi, mobil rabitə, internet və sair var. Ona görə də hesab edirəm ki, Azərbaycanda bir kənddə bu sistemi qurmağa 150-200 min manat tələb olunur».
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli : “Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır.

Elmi-tədqiqat, texnologiyaların transferi və laboratoriya şöbəsi. Laboratoriya mərkəzi üzrə koordinatoru Elman Kərimli : bu layihələrin reallaşdırılmasının əsas ideyası problemlərin həllindən, təbii ehtiyatlara və dövlət vəsaitlərinə qənaət olunmasından ibarətdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyev : Qabaqcıl informasiya texnologiyaları şirkətlərinin proqnozlarına əsasən, 2025-ci ilədək dünyada azı 90-100 “ağıllı şəhər” olacaq. Onun 50-dən çoxunun isə Asiya ölkələrində yaradılacağı gözlənilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Anar Səmidov : “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin planlaşdırılması və hazırlanmasının bütün mərhələlərində “GIS + Remote Sensing” texnologiyalarının istifadə edilməsi məqsədəuyğundur.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov : “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi Qarabağ regionunun inkişafında mühüm rol oynayacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov,: Azad olunmuş bütün kənd və rayonlarımızda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması üçün çox böyük məbləğdə vəsait lazımdır. Söhbət 1-2 milyarddan getmir. Burada 10 milyarddan yuxarı vəsaitdən söhbət gedir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev : “Ağıllı kənddə” hər bir sakin işlə təmin olunacaqdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayxan Satıcı : ”Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva : İnformasiya texnologiyalarının köməyi ilə Qarabağda enerji paylanmasını yaxşılaşdırmaq, tullantıların yığımını asanlaşdırmaq, nəqliyyat sıxlığını azaltmaq və hətta hava keyfiyyətini yaxşılaşdırmaq olar.

Pandemiya dövründə Azərbaycanda İKT-nin inkişafı - TƏHLİL

Eksper rəyləri :

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı : “ağıllı şəhər” və “ağıllı kənd” tipli yaşayış məntəqələri, adından da göründüyü kimi, daha rahat idarə olunan, mərkəzləşdirilmiş kommunikasiya ilə təchiz edilmiş, vətəndaşların sosal xidmətlərə əlçatanlığına şərait yaradan müasir şəhərsalma üsuludur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev : “ağıllı kənd” deyərkən “ağıllı texnologiya” ifadəsindən istifadə daha uyğundur.
İqtisadçı ekspert Natiq Cəfərli : "Ağıllı kənd” layihəsinin konsepsiyası ondan ibarətdir ki, yaşayış massivlərində yaşayış üçün saxlanılan alt yapı bir-birini tamamlayır.

İqtisadçı-ekspert Vüsalə Əhmədova : "Hesab edirəm ki, “Ağıllı kənd” layihələri böyük investorlarla fermerləri bir araya gətirəcək.

İqtisadçı-ekspert Rövşən Ağayev : "Ümid edirəm "ağıllı kənd"lərdə tullantılar açıq havaya atılmayacaq".

İqtisadçı-ekspert Kamran Məmmədli : Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd”in yaradılması həmin bölgənin inkişaf etməsinə səbəb olacaq.

İqtisadçı-ekspert Azər Mehtiyev : Çünki biz 21-ci əsrdə, artıq 19-cu, 20-ci əsr kənd və şəhərsalma mexanizmlərindən istifadə edə bilmərik.
İqtisadçı-ekspert Rəşad Həsənov : bu layihələrin icrasına ehtiyac var, lakin burada ifrata gedilərsə, bu, əlavə vəsait itkisinə gətirib çıxara bilər.

Şəhər planlaşdırılması üzrə mütəxəssis Fuad Cəfərli : Əgər biz daha inkişaf etmiş kəndlər, qəsəbələr, şəhərlər qurmaq istəyiriksə, bunu “ağıllı” adlandırmağa ehtiyac yoxdur.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə : Azərbaycan texnoloji proseslərin inkişafına görə də dünyada birincilər sırasındadır.

Kənd təsərrüfatı eksperti Vahid Məhhərəmov : bu layihə o demək deyil ki, əl əməyindən tamamilə imtina ediləcək.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz : Maraqlı tərəflərlə, xarici ekspertləri dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. https://axar.az/news/siyaset/537182.html
Jurnalist və texno-bloqqer Fərid Pərdəşünas : Ağilli Şəhər Və Kənd"Lərə Turist Axininin Ölkə İqtisadiyyatina Böyük Köməyi Dəyə Bilər. https://525.az/.../161427-agilli-seher-ve-kendlerin-azad...
İKT üzrə ekspert Elvin Abbasov :

Visiontv.az :  Qarabağa ağıllı qayıdış - Elvin Abbasovun ŞƏRHİ - VİDEO https://visiontv.az/.../qarabaga-agilli-qayidis-elvin...
Report.az : Ekspert: "Ölkədə mövcud texnologiya infrastrukturu tam təhlil olunmalıdır" https://report.az/.../ekspert-olkede-movcud-texnologiya.../
Visiontv.az :  Bəzi qurumlar informasiya texnologiyaları istiqamətində kifayət qədər hazırlıqlı deyillər https://visiontv.az/.../bezi-qurumlar-informasiya...
Report.az : "Ağıllı şəhər" standartının yaradılması bizə nə verəcək? https://report.az/.../agilli-seher-standartinin.../
Report.az :  Ekspert: "Son illər ölkədə atılan bütün addımlar hədəfə yönəlikdir" https://report.az/.../ekspert-son-iller-olkede-atilan.../
Trend.az : Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert https://az.trend.az/business/it/3390463.html
Cebhe.info : Qarabağdakı "ağıllı şəhər" və "ağıllı kənd"lər necə qorunacaq?-Ekspertlər yolları açıqlayır https://cebhe.info/qarabagdaki_agilli_seher_ve_agilli...
Salamnews.org : İKT mütəxəssisi: Müasir dövrdə elm və texnologiya ən böyük istehsal gücünə çevrilib https://salamnews.org/az/news/read/414515...
Salamnews.org : İKT mütəxəssisi: Hər bir “Ağıllı şəhər” layihəsi yaşayış mühitinə görə formalaşmalıdır https://salamnews.org/.../ikt-mutexessisi-her-bir-agilli.../

Baku.news : Hər bir “Ağıllı şəhər” layihəsi yaşayış mühitinə görə formalaşmalıdır https://baku.news/.../41851-her-bir-agilli-sheher...
AZTV müsahibə : 4-cü sənaye inqilabının əsas perspektivləri baradə https://www.facebook.com/visionaz/videos/160030625933528
ATV müsahibə : Elvin Abbasov 4-cü sənaye inqilabının özəlliklərni açıqladı https://www.youtube.com/watch?v=LhYBuXtUq-E&t=140s
ATV müsahibə : Ağıllı şəhər, ağıllı kənd modeli https://www.youtube.com/watch?v=rCy_-O37h6g
ATV müsahibə : Ağıllı şəhərlər necə təsvir olunur? - Elvin Abbasov açıqlayır https://visiontv.az/.../agilli-seherler-nece-tesvir...
ATV müsahibə : Ağıllı yaşayış layihəsi Azərbaycanda hansı forması tətbiq oluna bilə https://www.facebook.com/kerimovorxan/videos/4678861602128871

“Azercell Telekom”-un KİV-də yaydığı məlumatlara görə isə ağıllı həllə konsepsiyası ilə bağlı “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində müxtəlif həllərdə istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu ilk olaraq sınaqlar həyata keçirərək hazır vəziyyətə gətirən ilk Azərbaycan Telekom şirkəti olub.
Həmçinin də “Huayvey-Azərbaycan” yəni “Huawei Technologies Azərbaycan” 2011-ci ildə yaradılıb və 300 min dollar nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda işğaldan azad edilmiş ərazilərində “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi iştirak edir. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin edəcək, Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasını istifadə edəcəklər. Qarşılarına qoyduqları hədəflər : “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirməkdir.

İKT-nin inkişaf etdirilməsi: Rəqəmsallaşmada Azərbaycan modeli – Yenicag.Az

İKT üzrə fəaliyyət göstərən yerli şirkətlərin Azərbaycanın ən böyük İKT layihəsi olan “Ağıllı şəhər və kənd” layihəsində başka hansı istiqamətlərdə payları var acıq internet resurslarından əldə edə bilmirəm. bu barədə məlumat olsa daha sonra məqaləyə əlavə edəcəm.

Aqrar Xidmətlər Agentliyinin (AXA) ilə daha öncə ki təmaslarımda “Ağıllı Kənd” konseptində onların funksiyası nədir hansı avadanlıqlar ilə iştrak etməlidirlə mövzusunda öz fikirlərimi bəyan etmişdim. Metroloji stansiyaların əkinin üçün xəstəlik pragnoz sistemlerinin və Agro idarəetmə program təminatlarının “Ağıllı Kənd” konseptinin əsas komponentləri olduğunu bildirmişdim.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ki görüşlərimdə “Ağıllı  Şəhər” konsepti  ilə bağlı fikirlərimi səsləndirmişdim bununla bağlı ilkin təsfir və hansı qurumların iştraki və onların konseptdəki öhtəlikləri barədə fikirlər səsləndirmişdim bu fikirlərim mətbuatdada dərc olunubdur.

Digər dövlət qurumlarının “Ağıllı Şəhər və Kənd” konseptində ki funksiyalarının icrası üçün hansı addımlar atıblar bu haqqdada acıq internet resurslarında məlumat tapa bilmədim.

Azərbaycanda Ağıllı şəhər və kənd konseptinin yaradılması üçün mövcud vəziyyətə nəzər yetirək.

Ağıllı şəhər və kənd konseptinin əsas və ən ağır öhdəliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-nin üzərinə düşməkdədir.

- Məlumatların mübadiləsi üçün məlumat bazalarının yaxşılaşdırılması və daha güclü məlumat bazalarının yaradılması,
- Məlumat mübadiləsinin kəsintisiz və sürətli olması üçün rabitə vasitələrinin yaxşılaşdırılması və yenilənməsi,
- Ağıllı şəhər və kənd üçün xüsusi Məlumat hesablama ( Təhlil və Emal ) mərkəzlərinin yaradılması.

Müxtəlif dövlət qurumlarının xidməti ASAN Xidmət nəzdində bir mərkəzdən vətəndaşlara xidmət göstərməkdədir, həmcinində MyGov və eAqro mobil tədbiqi daha öncədən tam funksiyanal olmasada yaradılmışdır. Bunu tədbiqləri dahada təkminləşdirib Ağıllı şəhər və kənd konseptinin bir hissəsinə çevirmək məqsədəuyğundur.

Həmçinin də digər dövlət qurumlarının xidmətinə görə ərazidə istifadə etdiyi avadanlıqların müasir standartlara yəni, 4-cü sənaye inqlabının elementlərinə keçidi təmin olunmalıdır. Bu qurumlara nümunə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi alt qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Respublikası Energetika Nazirliyi tabeliyindəki alt qurumlar, Azərsu, Azəriqaz və s. saymaq mümkündür.

Nəticədə şəhər və kənd infrastrukturunda yer alan dövlət qurumların xidmətləri Ağıllı idarəətmənin elementləri hesab olunur. İcra Hakimiyyəti başda olmaqla, bütün qurumların o cümlədən Bələdiyyələrin şəhər və ya kənddəki fəaliyyəti avtomatlaşdırılmış qaydada “Ağıllı şəhər və kənd” konseptinə birləşməlidir.

Təəsüflər olsun ki Ekologiya, FHN, Energetika, ASAN, Meliorasiya, Səhiyyə, Təhsil həmcinin Komunal sahədə fəaliyyət göstərən və digər qurumların Ağıllı Şəhər və Kənd konseptindəki xidmətləri ilə bağlı fəaliyyətləri barədə mətbuatda və açıq internet resurslarında məlumat yoxdur və ya əlçatan deyil.

Ekspert rəyi : Azərbaycanın şəhər və kəndlərində qurulacaq olan ölkənin bugünə qədər ki ən böyük İKT layihəsində ki yerli İKT şirkətlərinin payı və əldə edəcəyi təcrübə düzgün tənzimlənmir. Bununla yanaşı yuxardakı qeydlərimə əsasən bildirirəm ki yerli İKT ekspertləri bu layihəyə cəlb olunmayıb. Halbuki ölkə başcısı bu barədə rəsmi tapşırıq verib.

Prezident İlham Əliyev-in 19 aprel 2021-ci il Sərəncamının 2.2 bədində qeyd edildiyi kimi 2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Əlavə olaraq qeyd edim ki qurumların “Ağıllı şəhər və kənd” konseptində qoşulmaq və xidmət qostərmək üçün İT infrastrukturı hələdə müasir standartlara cavab vermir.

İKT üzrə müstəqil ekspert Elvin Abbasov

Visiontv.az