Prezidentin səfərlərinə "Sizin Mehriban" imzasıyla hazırlanan reportajlardan baxıram - Şöhrət El-Dəniz
Prezidentin səfərlərinə "Sizin Mehriban" imzasıyla hazırlanan reportajlardan baxıram - Şöhrət El-Dəniz
17.03.2021 Şöhrət El-Dəniz Tərəfindən

Prezidentin və ailəsinin işğaldan azad olunmuş ərazilərə səfəri barədə reportajlara adətən Mehriban xanım Əliyevanın çəkdiyi və sosial şəbəkələrdə paylaşdığı videolardan baxıram.

Çünki telekanallar bu səfərlərin məzmununa pafos yükləyir  və səmərəsiz cümlələr əlavə edərək qeyri-səmim hala gətirirlər. Telekanalların reportajlarından yenə də yalnız Prezidentin çıxışları məlumat əldə etmək, ölkə rəhbərinin bu bölgə barədə fikirlərini bilmək üçün yetərli olur. Amma səfərin səmimi hissəsini, qeyd etdiyim kimi, yalnız Mehriban xanımın "Sizin Mehriban" imzasıyla hazırladığı və sosial şəbəkələrdə paylaşdığı reportajlar vasitəsilə duymaq olur. Çünki Mehriban xanım Prezidentin işğaldan azad olunmuş ərazilərə baxışını sadə bir azərbaycanlının erməni vəhşiliklərindən sonra oradakı vəziyyətə münasibəti  müstəvisində təqdim edir. Xarabaya çevrilmiş kənd, qəsəbə, şəhərlərə görə yaranan qəzəb bir "millət"in  bu həddə vandalizmə, qəddarlığa olan sevgisinə yaranan təccüb, təbiətin gözəlliyinə heyranlıq, yenidən və tezliklə qurub yaratmaq, bərpa etmək həvəsi, torpağa səmimi məhəbbət hisləri və sair ən xırda detallar bu reportajlarda səmimi, sadə sözlərlə, hətta üz cizgiləri ilə, mimikalarla təqdim edilir. Ona görə bir dəfə demişəm, yenə təkrarlayıram: "Bu gün işğaldan azad edilən Qarabağ torpaqlarından ən mükəmməl və peşəkar reportajları Mehriban xanım Əliyeva hazırlayır". Məhz bu cür görüntülər sadə Azərbaycan vətəndaşında İlham Əliyev, Mehriban xanım Əliyevaya, dövlətə, Qarabağa və bütöv Azərbaycana səmimi və təmənnasız sevgi, məhəbbət yaradır.

Prezidentin və ailəsinin Şuşa səfərində mənim diqqətimi çəkən isə düşünülmüş şəkildə seçilən zaman və bu zamanın qərinələridir.

Həmçinin bunlar sınaqdan çıxarılmış mifik adətlərə söykənir.

Prezident və ailəsi ilaxır çərşənbəni məhz  Şuşada keçiirməsinə gəldikdə isə əsrlərin süzgəcindən keçmiş deyimlə münasibət bildirim: "Kim İlaxır çərşənbəni harada və necə keçirirsə, illərlə orada və o cür keçirməli olur". Bu bir inancdır. Amma əsirlərdir təkrarlanan və sınanılmış inancdır. Bizim Prezidentin və ailəsinin İlaxır çərşənbəni məhz Şuşada keçirməsini bu inancın, adət-ənənəin bir daha millətə təlqin edilməsi, göstərilməsi, bu ərazilərə əbədi qayıtmağımıza bir işarə kimi dəyərləndirmək olar.

Məlum səfərin mifik yönünə nəzər salanda anlayırsan ki, hədəf də məhz budur.

Visiontv.az