Qeyri-neft ixracımız 40 faizdən çox artıb - Prezident
13.01.2022

Bir də ki, bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək.

Visiontv.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı deyib.

“Nəzərə almalıyıq ki, ölkədə əhali artır, deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Bütün bu rəqəmlər, yalnız keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır. Keçən il biz bu strategiyanın çox gözəl nəticələrini görmüşük”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.