Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə olunması Agentliyində (AFAD) keçirdiyi brifinqdə son vəziyyətlə bağlı açıqlama verib. Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan deyib: “Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldıq. Dövlətimiz zəlzələdən sonra bütün qurumları ilə hərəkətə keçib. İcra nümayəndəliklərimiz öz vilayətlərində bütün imkanlarını səfərbər edib.
İlahə Əliyeva