Polis reyd keçirdi
Videonu Aç
27.07.2021

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin reydləri davam edir.

Visiontv.az Xəzər TV-yə istinadən xəbər verir ki, növbəti belə reyd paytaxtın Nizami rayonunda yerləşən ticarət obyektlərində və şadlıq saraylarında keçirilib.

Yaradılmış operativ qruplar mağazalarda işçilərin vaksinasiya olunması prosesini yoxlayıblar. Həmçinin gələn müştərilərə maska taxmağın vacibliyi ilə bağlı müvafiq izahatlar verilib.

Həmçinin restoranlarda toy məclisinə gələn qonaqların və işçi personalın vaksinasiya prosesində iştirakı yoxlanıb. Daha sonra sosial məsafənin qorunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Nizami rayon icra hakimiyyətinin şöbə müdüri Əli Axundovun sözlərinə görə, bugünki reyddə ciddi qanun pozuntusu aşkar edilməyib.

Paytaxt ərazisində belə reydlər müntəzəm şəkildə aparılacaq.