PKK-nın qadın təşkilatı ilə bağlı aparılan istintaqda 50 həbs qərarı
PKK-nın qadın təşkilatı ilə bağlı aparılan istintaqda 50 həbs qərarı
29.11.2022 MEDİA Tərəfindən

Ankara Respublika Baş Prokurorluğu silahlı terror təşkilatı PKK/KCK-nın qadın ərazi strukturu ilə bağlı aparılan istintaqda 50 şübhəli barəsində həbs qətiimkan tədbiri çıxarıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğundan verilən məlumata görə, Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən PKK/KCK üzvlərinin deşifrə edilməsi istiqamətində aparılan istintaq tədbirləri çərçivəsində müxtəlif tarixlərdə ifadələri alınmış şahidlərin söylədikləri, MASAK və HTS araşdırmaları nəticəsində təşkilatın qadın sahə strukturunda olduğu müəyyən edilən 50 çübhəlinin Ankaraya bağlı 14 vilayətdə saxlanılmasına dair qərar qəbul edilib. 

Haqlarında “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs qərarı çıxarılan şübhəlilərin yaxalanması istiqamətində Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən istintaq tədbirdləri davam etdirilir.

İlahə Əliyeva