Pisliyin cazibəsi...- Səlahəddin Xəlil
15.02.2021

- Ancaq yaxşılardan ibarət filmə baxan tapılardımı?

-  Görünür, pislik daha cazibədardır.
-  Yox. Yanlış izahdır.
Sadəcə qara fon olmasaydı, ağla yazılanlar oxunmazdı.
-  Amma bununla bitmir...
Pis ancaq yaxşını fərqləndirə bilmək üçün deyil. Onun doğrudan da cazibəsi var.
Bunun əsl səbəbini bilirsinizmi?
-  ...
-  Çünki düzün ancaq bir üzü olur, əyrinin - min bir.
Həqiqət şəffaf olur, yalanlar - rəngli.
Bax, tamaşaçını cəlb edən bu rəngarənglikdir.
Yoxsa indiki dövrdə ağ-qara filmə kim baxar?!

Visiontv.az