Peyvəndlər daha çox şirkətlər tərəfindən daha çox sayda istehsal olunacaq - Elman Sadıqov
Peyvəndlər daha çox şirkətlər tərəfindən daha çox sayda istehsal olunacaq - Elman Sadıqov
07.05.2021 Elman Sadıqov Tərəfindən

Avropa və ABŞ-ın peyvənd şirkətlərinin müəllif hüququnun ləğv edilməsi ilə bağlı məsələ qaldırılıb. Ümumdünya Ticarət Təşkilatı da bu təklifi dəstəkləyib. ABŞ Prezidentinin də bu təklifi nəzərdən keçirəcəyi gözlənilir. Avropa da bəyan edir ki, əgər ABŞ məsələyə müsbət yanaşsa onlar da müvafiq addımı ata bilərlər. Artıq ABŞ və Avropanın peyvənd (4 şirkət) şirkətlərinin səhmləri bu gün dəyər müəyyən (1-2% ətrafında) dəyər itiriblər.

Sadə dillə məsələni açıqlayaq. Dərman və ya peyvənd ixtira edən şirkətlərin həmin dərmanları istehsal etmək üçün bir neçə il (3-5 il və ya daha çox) müstəsna hüquqları (müəlliflik hüquqları) olur. Bu ona görə baş verir ki, dərman şirkətlərinin yeni dərmanlar ixtira etmək üçün stimulları olsun. Lakin, bir neçə il (investisiyalarını geri qaytarıb mənfəət əldə etdikdən) sonra həmin şirkətlər ya özləri öz müəlliflik hüquqlarını satır, ya da müvafiq prosedurlarla bu hüquqları başqa şirkətlər əldə  edirlər.

Hazırki vaxt pandemiya ilə əlaqədar olaraq fors-major dövrüdür. Həmin şirkətlər peyvənd istehsalını özləri çatdıra bilmirlər. Peyvəndləmə daha sürətlə getməli, həm də daha uzunmüddətli ola bilər. Bu səbəbdən peyvəndlərin digər şirkətlərin (həmin peyvəndləri ixtira etməyən, lakin hüquqlar verilsə istehsal edə biləcək şirkətlər) istehsalına icazə verilməsi məsələsi qaldırılıb. Məsələnin həlli bu sahədə inqilabi yenilik ola bilər. Yəni, (eyni tərkibli və reseptli) peyvəndlər daha çox şirkətlər tərəfindən daha çox sayda istehsal olunacaq. Əlçatanlıq artacaq. Nəticəni gözləyək.

P.S. Ümumdünya Ticarət Təşkilatı cümə axşamı günü keçiriləcək iclasında yuxarıdakı məsələyə baxacaq. Görünən odur ki, pandemiya dövrünün ömrünü qısaltmaq istəkləri güclənməkdədir. Və yaxud, Hindistan məsələsi narahatlıq doğurub. Yəni, müvafiq ciddi və fundamental "addımlar" atılmasa pandemiya dövrü daha da "uzana bilər".

Visiontv.az