Penitensiar müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb
14.08.2025

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Visiontv.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.