Pedaqoji Universitetin Şəki filialı karantinə bağlanıb
15.04.2021

Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialı karantinə bağlanıb.

Universitetin mətbuat katibi Cavid Hüseynov Visiontv.az-a açıqlamasında bildirib ki, universitetdə dərslər distant formada təşkil olunur: “Nazirlər Kabinetinin qərarı ilə universitetin 30 faiz işçisi universitetdə işə davam edirdi.

Hazırda həmin 30 faiz işçi arasında çoxlu sayda koronavirusa yoluxma qeydə alındığı üçün universitetdə iş rejimi 2 həftəlik karantinə bağlanıb”.