Paytaxtda gənc qız dəm qazından zəhərlənib
12.01.2022

Bakıda 21 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Visiontv.az  xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Cabir qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

A.Məmmədzadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.