Paşinyanın hökuməti təkbaşına qura bilməsi üçün 0.08% səsi çatmayıb
21.06.2021

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası yeni hökuməti təkbaşına formalaşdıra bilməyəcək.

Visiontv.az xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində seçicilərin 53,92% səsini qazanıb.

Hökuməti təkbaşına qura bilmək üçün isə 54% səs toplamaq tələb olunur.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, N. Paşinyanın əsas rəqibi olan eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21.04% seçici səsi ala bilib.

Parlamentə düşmək üçün 5%-lik həddi “Vətəndaş müqaviləsi” partiyası və “Ermənistan” blokundan sonra yalnız eks-prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Mənim şərəfim var” bloku keçə bilib.

“Mənim şərəfim var” bloku 5,23% səs toplayıb.

Seçkiyə ümumilikdə 21 partiya, 4 blok qatılıb.

Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

MSK-nın məlumatına görə, seçici fəallığı 49,4% təşkil edib.

APA