Paşinyan Rusiya və "Qarabağ" kalnına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq - Məhəmməd Əsədullazadə
Paşinyan Rusiya və "Qarabağ"  kalnına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq - Məhəmməd Əsədullazadə
23.06.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri Nikol Paşinyan xalqdan aldığı "polad mandat" -la dövlət strukturlarında Rusiya və "Qarabağ" kalnına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq.

Çünki, bu şəxslər hökumətin Azərbaycanla və Türkiyə ilə əlaqələrinin normallaşdırılmasını sabotaj ediblər və bundan sonra da edə bilərlər. Məhz sabiq xarici işlər naziri Ara Ayvazyan daima Azərbaycana qarşı revanşist açıqlmalar verirdi, hətta diversantaların qaytaralmasını və xəritələrin verilməsinə mane oldurdu. Demək, Ara Ayvazyan Kremlin təlimatıarını yerinə yetirirdi. Onun vəzifədən alınmasından sonrakı ölkə arasında Rusiyasız vasitəçilik təmin edildi.

Qeyd edim ki, seçkilərdə xarici diplomatlar R. Koçaryanının "Ermənistan " blokuna səs veriblər. Ona görə də xarici ölkələrdə səfirlərin geri çağırılması da baş tutcaq.  Həmçinin  orduda Qarabağ klanına bağlı hərbçilərin çıxarılması da baş tutacaq. Bununlada N. Paşinyan Rusiyanın ölkəsində bütün dayaqlarını zəiflədəcək. Proseslər Cənubi Qafqazda Rusiyanın son qalası olan Ermənistan onun orbitindən çıxmaq üzrə olacaq. Rusiyanın son qalası Qarabağda separatçıların olması mümkündür. Azərbaycanda buna imkan verməməli və artıq 10 noyabr Birgə Bəyannaməsinin bəndlərinin yerinə yetirlməsini tələb etməlidir.

Qedy edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağın statusu məsələsinə toxunmur. Çünki, yaxşı bikir ki, onun bu məsələni qabartması, ölkəsinin blokadada qalmasına gətirib çıxaracaq. Buna baxmayaraq Ermənistan Təhlükəsizlik katibi A. Qriqoryan Qarabağın statusunu hökumətin işində vacib olacağını qeyd etsədə, N. Paşinyanın buna gedəcəyi gözlənilmir.

Ermənistan əhalisi N. Paşinyan ona görə səs veribki, Qarabağ məsələsini qabartmasın və artıq Qarbağ Ermənistan əhalisi üçün vacib məsələ deyil. Vacib məsləs olsa idi R. Koçaryana səs verərdilər. Ona görə də N. Paşinyan Qarabağ məsələsini qabartsada, Azərbaycan və Türkiyə ilə əlaqələrə normallaşdırmasa,R. Koçaryanın mövqeləri güclənəcək və nəticədə xalq N.Pşainyanı hakimiyyətdən devirəcək. N.Paşinyana ona görə xalq səs verdi ki, ölkəni blokadadan çıxarsın, müharibənin əleyhinə olsun və Azərbaycanla əlaqələri normallaşdırsın.

Regionda yeni nizam formalaşıb, ABŞ və Avropada N. Pşainyanın Qarabağ siyasətini qəbul etməz. Bu, Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Ona görə də post-müharibə dövrü Ermənistan üçün şansdır. Azərbaycanda bundan sonra, Ermənistanla bağlı siyasətində, xüsusilə diversantları onda qaytaracaq ki, Yerevandan konkret olaraq sülh mesajları verilsin və addımlar atılsın. Azərbaycan diversantları qaytarmamalı və N. Paşinyanın atacağı addımlara adekavat cavab verməlidir.

Visiontv.az