Paşinyan bizə dövlət sirri olan məlumatları verir, hamısını dərc edir: Bu, normaldır?
11.12.2024

Alen Simonyan: “Baş nazir gəlib, İlham Əliyevlə görüşdən danışır, Baş nazir bizə dövlət sirri olan məlumatları verir, hamısını dərc edir. Bu, normaldır?

Məlumat sızıntısının haradan olduğunu anlamaq üçün bir ildən artıqdır ki, axtarırıq. Partiya məsələlərinə gəldikdə, başqa heç nə yoxdur. Bəs söhbət Ermənistanın təhlükəsizliyindən gedirsə, belə qalmalıdırmı? Biz bu barədə xəbər tutan kimi sızma ilə bağlı narahat olduq. Sızıntıya kimin səbəb olduğunu bilmədik. Bir müddət əvvəl danışıqların uğursuzluğa düçar olması, münasibətlərin gərginləşməsi həm də ona görə olub ki, biz, şərti desək, razılaşmaları pozmuşuq, nəyisə ucadan danışmışıq, sızdırmalar etmişik. Bundan sonra get sübut et ki, bu fraksiya üzvü müsahibə verib və ya məlumatı qəsdən yox, səhvən verib”, - deyə o qeyd edib.

Simonyan əmindir ki, onun telefonunda qeyri-adi heç nə tapmayacaqlar.

“Hovik Ağazaryan utanmırsa, telefon məlumatlarını dərc etsin”, - deyə o bildirib.

Ermənistan parlametinin sədri əmin edib ki, Ağazaryan Paşinyanın xahişi ilə mandatından imtina etsəydi, yenə də nəticələrdən qaça bilməyəcəkdi.

“Birinin digəri ilə heç bir əlaqəsi yoxdur. Bu, mandatı xilas etməyəcək”, - deyə o əlavə edib.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında erməni deputat Hovik Ağazaryanın davranışını şərh edərkən deyib.

Elçin Alıoğlu

visiontv.az