Parlament seçkiləriylə əlaqədar səsvermə protokollarının MSK-dan DSK-lara verilməsi prosesi sabah başa çatır
10.08.2024

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 100.8-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.