Pakistanın nümayəndə heyəti “ASAN xidmət”də
Pakistanın nümayəndə heyəti “ASAN xidmət”də
18.08.2022 MEDİA Tərəfindən

18 avqust 2022-ci il tarixində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Lahor Milli İdarəetmə Kollecinin 116-cı Milli İdarəetmə Kursunun professor-müəllim heyətindən ibarət nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Nümayəndə heyətinin üzvləri Pakistan Hökumətində inzibati xidmətlər, gəlir vergisi, audit xidməti və s. müxtəlif peşə qruplarının Baş Direktor səviyyəli məmurlarıdır. Səfərin məqsədi Pakistanda mövcud olan oxşar təcrübələri müqayisə etmək, Azərbaycanda ümumi idarəetmə strukturu, sosial və iqtisadi siyasətlər və dövlət xidmətlərinin göstərilməsi ilə tanış etmək idi. 
Görüş zamanı qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub. Bundan əlavə, qonaqlara Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Həmçinin görüş zamanı nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.

visiontv.az