“Özümü o insanlara tay tutmaq istəmirəm...”
06.02.2023

Xalq artisti Nisə Qasımova instaqramda qalmaqallı paylaşım edib.

Visiontv.az Olay.az - a istinadən xəbər verir ki, o, ad çəkmədən bəzi şəxslərə söz atıb. Sənətçi postda bu sözləri bildirib:

“Demək istədiyim bəzi fikirləri sizinlə bölüşmək istəyirəm. Demək istəyirəm ki, üzümə gülüb arxamca danışanları və bəzi saytlarda, sosial şəbəkələrdə sifarişlə yazılanların mənbələrini gözəl bilirəm. Mən onların hamısına tək-tək cavab verə bilərəm. Hələ ki, həya edirəm. Vay o gündən ki, üzümdən həya pərdəsini götürüb, onların hər birinə cavab verim. Bilirəm ki, bu hərəkətim böyük səs-küyə səbəb olacaq. Mən özümü o insanlara tay tutmaq istəmirəm. Allah böyükdür, o, hər şeyi biləndir. Bütün instaqram dostlarıma təşəkkür edirəm. Yaxşı ki, varımsız”.