Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı
16.09.2021

Nizami ili çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və Orta əsr Şərqinin fikir Nizami Gəncəvinin abidəsinin açılışı baş tutub. Bu barədə  Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan bildirilib.

Məlumata görə, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, Azərbaycanlı Katib Məmmədovdur. Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.

Tədbir Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Filarmoniyasının Orqan zalında Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfonik musiqi konserti keçirilib. Konsertin dirijoru Yalçın Adıgözəlov olub.

Visiontv.az