Öldürülən bir əsgərimizə qarşılıq 20 erməni əsgəri öldürülməlidir
15.10.2021

Son günlər Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözləniləndir. Hesab edirəm ki, səbirlə prosesi aparmaq lazımdır.

Visiontv.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O əlavə edib ki, Azərbaycanın süverenliyinə qarşı addımlara anında cavab verilməlidir:

“Öldürülən bir əsgərimizə qarşılıq 20 erməni əsgəri öldürülməlidir. Belə məsələlərdə güzəşt olsa, proses uzanacaq. Azərbaycan xalqı dövlət başçısının arxasındadır və onun iradəsini müdafiə edir”.

Axar.az