Növbəti köç karvanı Zəngilanın Ağalı kəndinə çatıb
14.11.2025

Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edilib ki, bu mərhələdə Ağalı kəndinə 41 ailə olmaqla, 110 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Növbəti köç karvanı Zəngilanın Ağalı kəndinə çatıb - YENİLƏNİB-1  - FOTO

Növbəti köç karvanı Zəngilanın Ağalı kəndinə çatıb - YENİLƏNİB-1  - FOTO

Növbəti köç karvanı Zəngilanın Ağalı kəndinə çatıb - YENİLƏNİB-1  - FOTO