Neftçalada müşavirə keçirilib
15.04.2021

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Neftçala rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya olunma prosesinə başlanılıb.

Vaksinasiya işinin daha effektiv aparılması üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun rəhbərliyi ilə videoformatda müşavirə keçirib. Müşavirədə vaksinasıya prosesinin aparılması, rayon mərkəzindən uzaqda olan kənd əhalisinin vaksinləşməsi üçün daha əlverişli şəraitin yaradılması və maarifləndirmə prosesi müzakirə olunub. Vaksinləşmə prosesini sürətli apararaq xalqımızı bu bəladan qorumaq üçün aidiyyəti təşkilatlara tövsiyyələr verilib.