Nədən təşəbbüs ABŞ-dan gələndə həmən Ermənistan “centlemen”cəsinə, Rusiyadan gələndə isə “kak vseqda” davranıldığı kimi davranır?
Nədən təşəbbüs ABŞ-dan gələndə  həmən Ermənistan “centlemen”cəsinə,  Rusiyadan gələndə isə “kak vseqda” davranıldığı kimi davranır?
15.08.2021 Sahib Alıyev Tərəfindən

Rəsmi Bakı Rusiyanın istəyini nəzərə alıb Ermənistanın bizdə həbsdə saxlanılan terror və təxtibat qrupunun 15 üzvünü bu il iyulun 3-də açıb buraxdı. Elə həmən Rusiya bunun qarşılığında Füzuli və Zəngilan rayonlarında mina basdırılmış ərəzilərin guya xəritəsini Azərbaycana verdirtdi. Guya ona görə yazıram ki, cənab Prezidentin “CNN Türk”ə açıqlamasında həmən xəritənin dəqiqilik dərcəsinin cəmisi 25% faiz olduğu vurğulanır. Deyin, özünə hörmət edən dövlət belə fırıldaqlara yol verərmi? Dövlət deyəndə təbii ki, mən Ermənistanı nəzərdə tutmuram, çünki ora forpostdur. Maraqlıdır, necə olur ki, ondan öncə ABŞ-ın təşəbüsü ilə oxşar addım atılanda eyni hal baş vermədi?

 Yəni Ermənistanın Ağdamdakı minalanmış ərazilərlə bağlı təqdim etdiyi xəritədə bu qədər saxtakarlıq yox idi. Nədən təşəbbüs ABŞ-dan gələndə həmən Ermənistan “centlemen”cəsinə, Rusiyadan gələndə isə “kak vseqda” davranıldığı kimi davranır?

Məncə, Ermənistan ordusunu “modernləşdrimək” istəyən cənab Şoyqu və digərləri öncə bu haqda düşünməlidirlər. Düşünməlidirlər ki, belə davranışlar Rusiyanın regionda mövqelərinə necə təsir edəcək və Qarabağda yerləşdirdiyi hərbi kontingentinə Azərbaycandakı yanaşmanı daha da pisləşdirməyəcək ki...

Millət vəkili Sahib Alıyev

visiontv.az