“Nə qədər ki, körpünü partlatmamışıq çıxın gedin"- Krım partizanları
“Nə qədər ki, körpünü partlatmamışıq çıxın gedin"- Krım partizanları
16.05.2022 MEDİA Tərəfindən

İşğal altında olan Krımın Yevpatoriya şəhərində naməlum şəxslər işğal administrasiyasının binasına sarı və mavi boya töküblər. Bu barədə Facebook-da Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib:

"Mayın 15-dən 16-na keçən gecə Krım partizanları rus işğalçılarına işarə etdilər ki, onlar işğal etdikləri yarımadanı tez bir zamanda tərk etməlidirlər.  Yoxsa  Kerç boğazı üzərindən körpü partladılsa artıq gec olacaq".

O, növbəti dəfə partizanlıarın işğalçıların administrasiyasına “Molotov kokteyli” atacaqlarını istisna etmir.

visiontv.az