NATO Türkiyənin Finlandiya və İsveçin üzvülüklə bağlı etirazını həll edəcəyinə əmindir
15.05.2022

NATO Türkiyənin etirazlarının öhdəsindən gələcək və Finlandiya və İsveçi tez bir zamanda qəbul edəcəyinə əmindir. Alyans Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Şimali Avropada genişlənməyə hazırlaşır.

Bu barədə Reuters xəbər verir.

Bu həftə sonu NATO-ya üzv olan 30 ölkənin xarici işlər nazirləri Berlində iki ölkənin üzvlük təklifləri ilə bağlı danışıqlar aparacaq. Onların bir neçə gün ərzində NATO-ya üzvlüklə bağlı rəsmi açıqlaması gözlənilir.

Bununla belə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gözlənilmədən şənbə günü etiraz edərək, NATO-ya yeni üzv olmaq istəyənlərin, PKK-ya dəstək verməsini qəbuledilməz  adlandırıb.

Bazar günü danışıqların bərpası zamanı NATO baş katibinin müavini Mirça Coana Ankaranın narahatlığının nəzərə alınacağına əmin olduğunu bildirib: "Türkiyə mühüm müttəfiqdir. Və Ankara dostlar və müttəfiqlər arasında həll oluna biləcək narahatlıqlarını ifadə edib. Əminəm ki, bu ölkələr NATO-ya üzv olmaq qərarına gəlsələr, biz onları qəbul edə, konsensus əldə etmək üçün bütün şərtləri tapa biləcəyik".

Sürətli ratifikasiya
Berlində keçirilən görüşdə bir çox müttəfiqlər Finlandiya və İsveçi dəstəkləyərək, onların üzvlük üçün müraciətlərinin tez bir zamanda ratifikasiya edilməsinin vacibliyini vurğuladılar və bu, adətən bu prosedur bir ilə qədər çəkir.

"Almaniya ratifikasiya prosesini sürətləndirmək üçün hər şeyi hazırlayıb" deyən xarici işlər naziri Annalena Burbok jurnalistlərə bildirib: “Biz əmin olmalıyıq ki, onlara təhlükəsizlik zəmanəti veririk, onların statusunun qeyri-müəyyən olduğu keçid dövrü, boz sahə olmamalıdır”.

Kanadanın xarici işlər naziri Melanie Jolie Burbokun şərhlərini təkrarlayaraq, bunun "bir neçə həftə ərzində" edilə biləcəyinə ümid etdiyini söylədi.

Xatırladaq ki, İsveçin hakim partiyası ölkənin NATO-ya daxil olmasını dəstəkləməyə hazırdır. Mayın 15-də gözlənilən ərizə alyansa üzv olmaq üçün müraciətə yol açacaq.

Aytən Əliyeva

visiontv.az