Narkotiklərin müharibədən sonra sürətlə yayılması elə həmin müharibənin davamıdır - Ərəstun Oruclu
Narkotiklərin müharibədən sonra sürətlə yayılması elə həmin müharibənin davamıdır - Ərəstun Oruclu
14.07.2021 Ərəstun Oruclu Tərəfindən

Narkotiklərin müharibədən həmən sonra daha sürətlə yayılması elə həmin müharibənin davamıdır. Azərbaycan xalqına qarşı illərdir aparılan hibrid müharibənin davamı. İdarəçiliyin məhv edilməsi, siyasi sistemin demontajı, ordunun dağıdılması cəhdi, ölkənin müharibəyə çəkilməsi, indi də narkotiklər həmin hibrid müharibədir.

Bütün bu cinayətləri törədənlər də eyni mərkəzlərdən idarə olunurlar və əksər hallarda eyni qruplar və şəxslərdilər.

Yoxsulluqla, talançılıqla, korrupsiyayla, təhsil və səhiyyənin dağılmasilə, nəhayət, müharibə yolu ilə məhv edə bilmədikləri xalqın narkotiklə sonuna çıxmağa çalışırlar.

Var gücümüzlə narkotiklərə "Yox!" deməliyik, çünki onların indiki templərlə rahat yayılması Qarabağda bizim üçün hazırlanmış və xaqlımızın, ordumuzun sayəsində baş tutmayan məğlubiyyətdən daha ağır fəlakət ola bilər.

Visiontv.az