Naftalan sakinləri “patı” ilə tutulub
30.07.2021

Naftalan sakinlərindən “patı” götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Oların üzərində şəxsi axtarış keçirilən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.