Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal və sənətçi Mürtəza Pərvinin həbsinin 6 ayı tamam oldu.
Ərdəbilli sənətçinin həbsinin 7-ci ayına daxil olmasına baxmayaraq, o hələ də qeyri-müəyyən şəraitdə saxlanılır.
Azərbaycanlı fəallara qarşı qəddarlığı ilə tanına hakim Əbülqasım Salavati hər ay Mürtəza Pərvinin həbs müddətini 1 ay daha artırıb.
O, azərbaycanlı sənətçi və fəalın girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına icazə vermir.
Mürtəza Pərvinlə yanaşı daha bir neçə azərbaycanlı fəal da 6 aydır qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.
M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.
visiontv.az