Muharrem İnce Türkiyədə prezident seçkilərinin 3-cü namizədi olub
25.03.2023

Türkiyənin Memleket Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədlik üçün lazım olan 100 min imzanı toplayıb.

Visiontv.az Apa - ya əsasən bildirir ki, bu barədə o, “Twitter“ hesabında paylaşım edib.

Beləliklə, Muharrem İnce mayın 14-ü Türkiyədə keçiriləcək prezident seçkilərində iştirakı üçün kifayət qədər imza toplayan 3-cü namizəd olub.