Müdafiə sənayemizdəki inkişafı böyük bir həyəcan və qürurla izləyirik - Hulusi Akar
03.12.2021

“Tək ürək, tək yumruq olaraq daha çox çalışaraq önümüzdəki texnoloji bariyerləri aşacağıq. Bu bizim boynumuzun borcudur.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Maşın və Kimya Sənayesi (MKE) Sursat Fabrikini ziyarət edən Türkiyə Müdafiə naziri Hulusi Akar deyib

MKE tərəfindən istehsal edilən Milli Dəniz Topunun test atışından sonra Maşın və Kimya Sənayesi (MKE) Sursat Fabrikində işçilərlə bir araya gəlməkdən məmnuniyyət duyduğunu ifadə edən Akar deyib: 

"Yaşadığımız böyük qürur hissindən sonra sizlərlə bərabərik. Sizlərə güvənimiz sonsuzdur. Cənab prezidentimizin liderliyində Türkiyə beynəlxalq aləmdə artıq öz sözünü deyib. Dəniz Qüvvələrimizin bütün gəmiləri ölkəmizin, xalqımızın hüqüq və mənfəətlərini qorumaq üçün vəzifə başındadır. Sadəcə öz hüquq və mənfəətlərimiz üçün deyil, dost, qardaş və müttəfiq ölkələr üçün də atalarımıza yaraşan şəkildə vəfa borcu olaraq nə lazımdırsa edəcəyik. Haqlı davalarında onlarla bir arada olmağa davam edəcəyik.

Silahlar, gəmilər, fırtına houbitsaları, helikopterlər, pilotsuz təyyarələr istehsal edirik. Bütün bunlar Mehmetciyin uğurlarını daha da artıracaq. Müdafiə sənayemizdəki inkişafı böyük bir həyəcan və qürurla izləyirik.” 

İlahə Əliyeva