"Moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır"
06.06.2023

Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digər hərəkət iştirakçılarına təhlükə yaradır. Buna nəzarət gücləndirilməlidir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

Deputat bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır: “Skuterlərlə bağlı da məsələ nizama salınmalı və təhlükəsizlik təmin edilməlidir. Elektrik skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması artıq zərurətə çevrilib”.