Molla rejimi Tehranda "Ermənistanın Qafqazın Gələcəyinə Baxışı və Beynəlxalq və Regional Aktorların Təsiridir" adlı konfrans keçirir
Molla rejimi Tehranda "Ermənistanın Qafqazın Gələcəyinə Baxışı və Beynəlxalq və Regional Aktorların Təsiridir" adlı konfrans keçirir
29.11.2022 MEDİA Tərəfindən

İranın Milli Müdafiə Universitetinin, Milli Təhlükəsizlik İnstitutu və Beynəlxalq Araşdırmalar Mərkəzi (Tehran) birgə tədbir keçirdir. Tədbirin adı belədir: "Ermənistanın Qafqazın Gələcəyinə Baxışı və Beynəlxalq və Regional Aktorların Təsiridir".

 Tədbirin xüsusi qonağı Ermənistanın İrandakı səfiri  Arşek Avakiandır. Digər çıxışçılar da anti-Azərbaycan mövqeyi ilə tanınan şəxslərdir. Müzakirə mövzuları təxmini bunlardır. "İran üçün Qafqazın Geosiyasi Mövqeyi", " Rusiyanın Qafqaz Siyasəti", "İran-Ermənistan Münasibətləri", "Türkiyənin Qafqazdakı Aktivliyi", "Siyonizmin Qafqazda Aktivliyi".
Əlbəttə tədbir anti-Azərbaycan tədbiridir. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci hissəsi isə paylaşılan xəritədir.  Paylaşılan xəritədə "Nagorno Karabakh" və "Stepanakert" adları var ki bu da açıq aydın Erməni mövqeyidir. Yəni rəsmi Tehran Ermənistanın ölkə içində təbliğatını aparır və onun tezislərini dəstəkləyir. 

Cavid Vəliyev

visiontv.az