MN: "Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb
21.11.2022

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

Visiontv.az Teleqraf.az- a istinadən xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.