MM-də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
21.01.2022

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil ediləcək.

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında komitənin sədri Ziyafət Əsgərov bildirib.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.