Milli Mətbuat Gününə həsr olunan tədbirdən - FOTOREPORTAJ
Milli Mətbuat Gününə həsr olunan tədbirdən - FOTOREPORTAJ
23.07.2021 MEDİA Tərəfindən

Iyulun 22-də Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra qalib ölkənin mətbuatının keçdiyi inkişaf yolundan bəhs edən “Milli Mətbuat Günü-146 il” adlı videoçarx nümayiş olunub. Tədbirin iştirakçıları 1875-1920-ci illərdə nəşr olunan qəzet və jurnalların nümayiş etdirildiyi “Mətbuat inciləri” sərgisinə baxıblar. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan mətbuatı 146 ildə böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub.