İran parlamentinin üzvü Kamran Qəzənfəri quraqlıq və su çatışmazlığına görə İran prezidenti Məsud Pezeşkianı günahlandırıb.
Bu haqda İran medası məlumat yayıb.
O, hicabsızlığın su çatışmazlığının amillərindən biri olduğunu iddia edib:
"Tanrının təlimatlarına qarşı çıxmaq, prezidentin açıq-aşkar hicabsızlığıa qarşı mübarizə ilə müxalifət etməsi, ölkədə fahişəliyin yayılmasına və yağıntıların azalmasına səbəb olur".
Millət vəkili insanların hicab və başqa təlimatlara əməl etmələri təqdirdə yağıntıların atacağını, su probleminin həl olunacağını bildirib.
Su çatışmazlığına görə, Məsud Pezeşkianı günahlandıran kamran Qəzənfəri problemin kökünün onda olduğunu iddia edib və prezidenti tutduğu yoldan qayıtmağa çağırıb:
"İffət və hicab qanunlarına qarşı çıxdığınız üçün bu il ölkə daxilində fəsad və fahişəliyin yayılmasına səbəb oldunuz. Cənab Prezident, düşünmürsünüzmü ki, uca allah da fəsadın yayılması səbəbindən nemətlərini azaldır? Ona görə də, Pezeşkian, yağışın azalmasının kökünü öz əməllərinizdə, bu il cəmiyyətdə yaydığınız günahlarda görün".
visiontv.az