Mikayıl Cabbarov qələbə qazanan güləşçiləri təbrik edib
14.08.2022

“V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldı. İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”.

Visiontv.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir həmçinin əzmkar qələbə ilə bağlı komandamızı və ölkəmizi layiqincə təmsil edən güləşçi və məşqçi heyətinə təbrik ünvanlayıb.