Mətbuat xidmətlərinin istedadlı amma qorxaq rəhbərləri - Şöhrət El-Dəniz
Mətbuat xidmətlərinin istedadlı amma qorxaq rəhbərləri - Şöhrət El-Dəniz
05.02.2021 Şöhrət El-Dəniz Tərəfindən

Dostlarım inciməsin bu fikri deməyə məcburam. Belə başa düşürəm ki, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri müdirlərinə söz deməyə risq eləmirlər. İstedadları çatmır deyə bilməyəcəm. Çünki əksəriyyətini istedadlı hesab edirəm. Amma öz istedadlarını təşəbbüsə, cəmiyyətin maraqlarını müdirlərinin maraqları ilə uzalaşdırmağa cəhd etmirlər. Və yaxud cəhd etməyə cürətləri çatmır. Yəni gobud desəm qorxurlar.

Məsələn:

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Peskov Putini inandırdı ki, Navalninin dediyi malikanə barədə informasiyaya cavab versən bu məslə mətbuatın və cəmiyyətin gündəmində uzağı 3 gün qalacaq və tədricən yaddan çıxacaq. Elə də oldu.

Çünki qaranlıq qalan bir məsələ gündəmdən çıxmır. Qarşı tərəf, yalan cavab versə belə problemə maraq itir. İndi bizim nazirlər barədə mətbuatda gedən doğru və yalnış məlumatlara heç biri cavab verilmir deyə feyk xəbərlər gündəmdə at oynadır. Bu isə mətbuatın nüfuzuna zərər vurur. Mərtbuatı səviyyəsiz, şantajçı və feyk xəbərlər mənbəyinə çevirir. Ola bilər kimlərsə mətbuatın nüfuzunun məhz bu cür olması üçün bilərəkdən edir bunu. Amma biz imkan verməməliyik.

Ona görə mətbuatla dövlət qurumları arasında münasibətlər hansısa formada tənzimlənməlidir. Bu həm mətbuata xeyir verəcək, həm də dövlət qurumlarının rəhbərlərinə. Dediyim normal münasibətləri isə mətbuat xidmətlərinin rəhbərləri düzəltməlidir. Yoxsa hərə bir siyahı tutub ayın sonu o sayta 100 manat, bu sayta 50 manat verməklə mətbuat xidmətinin işi bitmir.

Hazırda dövlət qurumlarının tək istedadlı yox, həm də nüfuzlu mətbuat katiblərinə ehtiyacı var.

Bəs bu gün dövlət qurumlarında işləyən mətbuat katiblərinin intellekti onları ərz elədiyim nüfuz sahibınə niyə çevirmir?

Bu artıq başqa mövzunun sualıdır. Bu sualın cavabını isə hər qurumun mətbuat xidməti rəhbərlərinin iş prinsipinə individual yanaşmaqla cavab vermək olar. Və mən hər həftə bir qurumun mətbuat xidmətinin rəhbərinin iş metodu haqqında yazmaqla cavab verməyə çalışacağam. Bunun üçün Amerika kəşf etməyəcəyəm. Sadəcə hər həftə biri ilə ünsiyyət saxlayıb, azdan-çoxdan tanınan bir jurnalist kimi təmsil etdiyi dövlət qurumu haqqında məlumatlar əldə etməyə çalışacağam və müsahibə istəyəcəyəm. Baxaq görək öz işlərinin öhdəsindən necə gələcəklər.

Visiontv.az