Məşhur türk müğənnisi aktrisa həyat yoldaşı Burcu Kıratlıdan ikinci dəfə boşanıb.
Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuata açıqlama verən Akçıl, "Artıq 5 aydır ki ayrıyıq, barışmaq üçün heç bir səy göstərmədik. Hər kəs üçün xeyirlisi olsun!" deyib.
Qeyd edək ki, Sinan Akçıl və aktrisa Burcu Kıratlı 2019-cu ildə Amsterdamda ailə qurub. 9 ay evli qalan cütlük axtardıqları xoşbəxtliyi tapa bilmədiklərini əsas gətirərək boşanıb. Ayrılıqları 20 gün davam edən cütlük 2021-ci ildə yenidən barışaraq ailə qurub. İkinci dəfə evlənən, lakin xoşbəxtliyini yenə tapa bilməyən cütlük bu dəfə bir dəfəlik yollarını ayırıb.
İlahə Əliyeva