Meşə yanğınlarında həlak olan və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur - RƏSMİ
30.07.2021

Türkiyənin turizm zonalarındakı meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Baş Konsulluğun xidmət sahəsində olan Türkiyənin turizm bölgələrindəki müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, yanğının zərərinə məruz qalan Azərbaycan vətəndaşları ilə bağlı konsulluğa hər hansı bir məlumat daxil olmayıb.

Xatırladaq ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərində başlayan yanğın geniş miqyas alıb və digər şəhərlərə keçib. Meşə yanğınları nəticəsində dörd nəfər ölüb, xeyli heyvan tələf olub, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.