Məscidlərdə təyyarə qəzasında həlak olanların xatirəsi anılıb
26.12.2024

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qəza nəticəsində həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində anılıb.

Visiontv.az apa-ya istinadən xəbər verir ki, QMİ-i sədrinin göstərişinə əsasən məscidlərdə təyyarə qəzasında həlak olanların ruhlarına Qurani Kərimdən ayələr tilavət edilib, onların ruhlarına dualar oxunub.

Həlak olanların xatirəsi İçərişəhər "Cümə məscidi"ndə də anılıb.