Mənzildən kişi meyiti tapıldı
30.07.2021

Bakıda mənzildən kişi meyiti tapılıb. Visiontv.az  FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.