Sosial media üzərindən yazdığım qeydlər.
Jurnalist məndən soruşur ki, MEDİA saytlara yardımı 3 min manatdan 5 min manata qaldırılıb. Bunu necə qiymətləndirirsiniz?
Dedim pis qiymətləndirimirəm. Sadəcə 3 - 5 min manatı o pula ehtiyacı olmayanlara verirlər. Ehtiyacı olanlara versəydilər lap əla qiymətləndirərdim.
***
Rusiya, İran kimi ölkələrlə sərt ritorikaya üstünlük vermək lazım. Onlar zatən başqa danışıq dili bilmirlər.
***
Hər ölkənin robotları özünə oxşayır. Ruslar özlərinə oxşar alkaş yerişi yeriyən və yıxılıb o məsələ olan bir robot nümayiş etdirdilər. İran da sərgidə din pərdəsi altında gizlənən şovinist rejimə bənzər robot qılığına girən insanlar təqdim edib. Deyirəm ölüb yerə girmirlər. Guya bununla onlar imperiya, böyük və inkişafda olan dövlət tablosu yaradırlar. Əslində isə hamı gülür.
***
Haqq-ədalətin ömrü ani, göz qırpımı qədərdir. Haqsızlıq isə əbədi yaşayır.
***
Etiraf edək ki, Türkiyənin hərbi hava parkı köhnəlmiş, özü də çox köhnəlmiş təyyarələrdən təşkil olunub. Ona görə tələm-tələsik yeniləməyə çalışırlar. Ankara Helikopter və PUA problemini həll edə bildi. Amma hərbi təyyarələr məsələsi gördüyünüz kimi problem olaraq qalır.
***
Heyf deyildi köhnə dəmiryol vağzalı. Qidalanma baxımdan deyirəm. Nə istəyirdin alırdın, vağzalın içində yerləşən kafedə, çayxanada oturub kofeynən, caynan yeyirdin. İndi adına Kofeisto qoyub bir stəkan kofeyə 10 manat, bir çaynik çay 15 manat alır. Almağı cəhənnəm iki ədəd səkərburam var qoymurlar yeməyə ki buranın konsepti belədir, icazə yoxdur. Mən indi 10 manata aldığım o acı kofeni mecbur şirniyatsız içməliyəm?
Quran haqqı dünyanın heç bir yerində bizdəki kimi görməmiş, bambılı xidmət qaydaları yoxdur. Üzünü bəzəməklə deyil ey içi təzəkdir
***
Türkiyəyə məxsus təyyarə qəzasının səbəbini hərbi-texniki amillərlə izah etmək olar, fala baxmaqla yox. Təyyarə vurula bilər, texniki nasazlıqdan düşə bilər, pilotların səhvi ola bilər və sair. Yoxsa parad keçirildi deyə, Gürcüstandan keçdi deyə düsdü kimi "şübhəli arqumentlər" gətirmək naşılıqdır.
Təyyarənin düşdüyü yer bəlli, qalıqları da ortada. Tezliklə bəlli olacaq səbəbi. Az nağıl qoşun.
Həlak olanlara Allah rəhmət eləsin.
***
Xocalı qatili Köçəryandan yeni təklif: O, MİNSK qrupunun başqa formatda yaradılmasını istəyir
Nikol Paşinyan isə onu KQB-nin nəzarətində olan ssenariyə qayıtmaqda ittiham edib.
***
Maşallah ordumuza xeyli yeni müasir hərbi texnika alınıb. JF-17 Thunderlər isə parada son nöqtəni qoydu.
Şöhrət El-Dəniz
visiontv.az