“Mən Qarabağam” adlı yaradıcılıq layihəsinin yekun sərgisi keçirilib
06.05.2021

Bu gün Odlar Yurdu Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunan “Mən Qarabağam” adlı yaradıcılıq layihəsinin yekunu olaraq sərgi keçirilib. Sərginin açılış nitqini Odlar Yurdu Universitetinin və Bakı Britaniya Məktəbinin təsisçisi, professor Samir Vəliyev edib. Açılış nitqindən sonra bədii hissəyə yer verilib.

Layihə çərçivəsində iştirak edən “Böyük qayıdış”, “Dezgners”, “Dəmir bilək”, “El-turan” komandalarının işləri sərgilənib. Komandalar “Ən yaxşı maket”, “Ən yaxşı qrafik həll”, “Ən yaxşı interyer həll, “Ən yaxşı rəsm əsəri” nominasiyaları üzrə təltif olunub. Diplomları millət vəkili Şahin Seyidzadə, millət vəkili Ramil Həsən, millət vəkili Naqif Həmzəyev, millət vəkili Ramin Məmmədov, Nərimanov  rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yap Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, “Davam” Ümumrespublika Gənclər hərəkatının sədri Nihad Allahyarlı, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev təqdim edib. Sonda iştirak edən qonaqların səsverməsi əsasında “Böyük qayıdış” komandası 1-ci , “Dezgners” komandası 2-ci, “Dəmir bilək” komandası 3-cü, “El-turan” komandası isə 4-cü yerə layiq görülüb. Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev komandaları mükafatlandırıb.

Tədbir zamanı həmçinin, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri təltif olunub.