Mən Azərbaycana, azərbaycanlılara və Azərbaycan Prezidentinə hörmət edirəm...-VİDEO
28.08.2021

Ukrayna, Moldova və Gürcüstan yerində gözlədiyi və tüstüləndiyi bir vaxtda Azərbaycan hərəkətə keçdi. Mən Azərbaycana hörmət edirəm, azərbaycanlılara hörmət edirəm, Azərbaycan Prezidentinə hörmət edirəm. Çünki Azərbaycan heç kimdən cəkinmədi və cəmi 44 günə öz torpaqlarını işğaldan azad etdi...

Bu fikirləri Məşhur ukraynalı jurnalist Dmitri Qordon deyib. O verdiyi müsahibədə qeyd edib ki, doğrudur, bu prosesdə Türkiyənin və İsrailin böyük köməyi oldu, onlar Azərbaycanın haqlı müharibəsini dəstəklədilər:" Rusiya Prezidenti Vladimir Putin də dedi ki, Azərbaycan öz torpaqlarında müharibə aparır, bis qarışa bilmərik. Amma Azərbaycan öz torpaqlarını özü azad etdi, müdrik Prezidentinin rəhbərliyi. xalqının şücaəti ilə azad etdi". Dmitri Qordon sonda deyib ki, mən doğma Ukrayna xalqıma, doğma prezidentimə də hörmət etmək istəyirəm və gözləyirəm...

 

visiontv.az