Məhbus fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır
18.07.2024

İctimai fəal Mir Əkbər Hüseyni Təbrizin mərkəzi həbsxanasına qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, fəalın həbs edilməsindən bir neçə ay keçməsinə baxmayaraq, onun ittihamları və həbs səbəbləri barədə açıqlama verlmir.

Bu müddət ərzində fəal bir neçə dəfə saxta etiraf vermək üçün işgəncə edilib, ailəsi ilə görüş və telefon əlaqəsinə qadağa qoyulub.

Mir Əkbər Hüseyni martın 24-də telefon vasitəsilə SEPAH-ın təhlükəsizlik idarəsinə çaırılıb və ora getdikdən sonra həbs edilib.

Bunun, 22 yaşlı Mir Əkbər Hüseyninin sosial mediadakı paylaşımlarına görə olduğu deyilir.

Qeyd edək ki, təbrizli fəal bundan əvvəl ictimai fəaliyyətlərinə və etiraz aksiyalarında iştirak etdiyinə görə 3 dəfə həbs edilib.

O "hökumətə qarşı təbliğat" və "müxalif qruplara üzv olmaq"da günahlandırılmışdı.

visiontv.az