Mədəni ölkənin seksual təcavüz liderliyi...- Bəybala Mirzəyev
Mədəni ölkənin seksual təcavüz liderliyi...- Bəybala Mirzəyev
12.03.2021 Bəybala Mirzəyev Tərəfindən

İngiltərənin "Guardian" qəzeti və bizim "Olaylar" qəzetinin dərc etdiyi cinsi təcavüz hesabatına görə, bu ölkədə qadınların nə az nə çox, düz 80%- i cinsi təcavüzə məruz qalır...

Bu fakt doğrudurmu? Sözün açığı, mən İngiltərədə olmamışam. Bu ölkəyə gedib-gəlmiş və yaxud, Londonda, Mançesterdə, Edinburqda, Qlazqoda, Birminhemdə və digər ingilis şəhərlərində yaşayan dostlarımız bu faktı təsdiqləyə bilərmi?

Gələk başlıqda qeyd etdiyim hesabata. Belə ki, araşdırmalara görə  hazırda İngiltərədə  18-24 yaşlarında qızların 80%- i cinsi təcavüzə məruz qalır.

BMT-nın İngiltərə üzrə  icraçı direktoru Clayre Barnet isə məsələyə münasibət bildirərək, ingilis qadınların yaşadığı bu problemin insan haqlarına zidd olduğunu qeyd edib.

C. Barnet həmçinin digər Avropa ölkələrində aparılan araşdırmaların nəticələrinin İngiltərədəki nəticələrə nisbətən daha müsbət  olduğunu vurğulayıb: "Biz İngiltərə olaraq inkişaf etmiş ölkə olduğumuzu desək də, unutduğumuz bir mövzu var . O da qadına təcavüz və ya şiddətdir"

P.S

Maraqlıdır, görəsən, Azərbaycanda qadınlara qarşı şiddətin kəlləçarxa çıxdığını iddia edən bəzi insanlar bu məsələdə 80 faizlik göstərici ilə liderlik edən super-müasir İngiltərədə yaşamaq istərdilərmi?

Visiontv.az