Türkiyənin ilk dəfə pilotsuz suüstü vasitəsi ilə iştirak etdiyi NATO təlimində “MARLIN”, ağır dəniz şəraitində verilən xüsusi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi Rəhbərliyinin təşkilatçılığı ilə “ASELSAN” və “Sefine” Gəmiqayırma Zavodunun əməkdaşlığı ilə yerli və milli səviyyədə inkişaf etdirilən “MARLIN” silahlı pilotsuz dəniz vasitəsi (SIDA) NATO koordinasiyasında Portuqaliyada keçirilən təlimdə öz imkanlarını nümayiş etdirib.
İlahə Əliyeva