Hekayə deyil...
Qonşuluqda bir meyvə dükanı açılıb.
Səhər-səhər mal gətirdilər. Gördüm ki, eyni meyvəni iki yerə böldü; birinə 3 manat, o birinə 5 manat qiymət qoydu.
- Niyə eyni mala belə fərqli qiymət qoyursan?
- Mal eynidir, alıcılar fərqli: kasıb bahanı almaz, varlı da ucuzu.
P.S.
- Olmazmı elə orta qiymət yazasan?
- Onda heç satılmaz. Bizdə orta təbəqə yoxdur.
- Belə görürəm ki, söhbət iqtisadi mövzuda başladı, sosioloji mövzuya keçdi.
- Olsun, hətta fəlsəfəyə də keçid mümkündür: Qütbləşmədən "qızıl orta"ya.
Professor Səlahəddin Xəlil
Visiontv.az