Londonda baş verənlər dinə yaraşan hadisə deyil - QMİ
05.08.2022

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum heç də yaxşı hadisə deyil, insanların narazılığına səbəb olub”.

Visiontv.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyib.

O bildirib ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüarların səsləndirməsinin nəticəsidir: “Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir”.

Hacı Surxay qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: “Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyyət təşkil edir”.

APA