Lavrov Polşada keçiriləcək ATƏT-in toplantısına buraxılmayacaq
Lavrov Polşada keçiriləcək ATƏT-in toplantısına buraxılmayacaq
19.11.2022 MEDİA Tərəfindən

Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrov və nümayəndə heyətinin üzvlərinə ATƏT-in iclasında iştirak etmək üçün ölkəyə viza verməkdən imtina edib. Bu barədə polşalı jurnalisti Rikard Yozvyak və Polşanın RMF radiosu xəbər verib.

"Varşava, Rusiyanın xarici işlər naziri Sergey Lavrovu dekabrın 1-2-də Lodzda keçiriləcək ATƏT-in toplantısına qatılmağa icazə verməyəcək. Rusiya buna görə ATƏT-ə qəzəbli məktubla cavab verib", - Jozwiak tvitində yazıb.

Rusiya nümayəndə heyətinin üzvlərinə gəlincə, onlarında toplantıya buraxılmayacağı bildirilib. Məlumatı Polşa Xarici İşlər Nazirliyi də təsdiqləyib.

"Nümayəndə heyətinin üzvlərinə bildirilib ki, onların Polşaya gəlişi Ukrayna ilə həmrəylik prinsipini pozacaq. Qərar noyabrın 24-də Varşavada başlayacaq üç günlük sessiyaya gəlməli olan bir neçə parlamentariyə aiddir", - RMF xəbər verir. 

visiontv.az